Məkan şüuru

Məkkənin içində yerləşdiyi Ərəbistan Yarımadası, yer qabığının meydana gəlməsi əsnasında sanki bir əl tərəfindən bir paxlava dilimi kimi yerindən oynadılmış, okean bu dilimin kəsişmə xətlərinə girmiş kimi, iki körfəz arasında [Akabe və Fars Körfəzi] səhralarla örtülü bir quru parçasıdır. Yarımadanın şərqi alçaq, qərbi isə yüksəkdir. Bu halı ilə bir az yana çevrilmiş paxlava dilimini xatırladır.
İsti bu yarımadanın qədəridir. Bu torpaqların çox az qismi istisna, yer dəmir, göy misdir. Yarımadanın şimal — qərbi boyunca dünyanın ən böyük səhralarından biri uzanır gedir: Nufud səhrası. Səhra bir qum okeanıdır. Çılpaq, yalnız və ürküdücü. Adı belə dilə gəldiyində dodaqlar qovrulur. Səhra bədəvisinin yandırıcı istidə həftələrcə sürən tənha səfərində rast gəldiyi tək bitki növü olan tikanlı «həmd» kollarından başqa həftələrcə heç bir yaşıllığa rast gəlinmədən getmək mümkündür. Hərdən bir əsən yandırıcı səhra küləyi, yolçusunu sərinlətmədiyi kimi ilk anda fərq edilməz bir zərəri də vardır. Səhra qum təpələrini bu külək təxminən gündə bir metrə qədər sanki bir okean dalğası kimi sürüyər. Getdiyinizdə keçdiyiniz bir təpəni dönüşünüzdə yerində tapa bilməməyiniz nadir hal deyil.

Ardı →